“Fənərbağça” və “Beşiktaş” eyni qrupa düşdü - Türkiyə Kuboku

“Fənərbağça” və “Beşiktaş” eyni qrupa düşdü - Türkiyə Kuboku

Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin püşkü atılıb.

"Mediasport" xəbər verir ki, 24 komanda 3 qrupda mübarizə aparacaq.

Çempionluğa iddialılardan əzəli rəqiblər - “Fənərbağça” və “Beşiktaş” eyni qrupa düşüb.

Hər qrupda ilk iki yeri tutacaq kollektivlər və ən yaxşı qrup 3-cüsü olan 2 komanda 1/4 finala vəsiqə qazanacaq.


Türkiyə Kuboku. Qrup mərhələsi


A qrupu: “Qalatasaray”, “Başakşəhər”, “Trabzonspor”, “Alanyaspor”, “Fatih Karagümrük”, “İstanbulspor”, “Boluspor”, “Fəthiyəspor”

B qrupu: “Samsunspor”, “Eyüpspor”, “Konyaspor”, “Antalyaspor, “Gənclərbirliyi”, “Bodrum”, “İğdır”, “Aliağa Futbol”

C qrupu: “Fənərbağça”, “Beşiktaş”, “Rizəspor”, “Qaziantep”, “Kocaelispor”, “Ərzurumspor”, “Keçiörəngücü”, “Bəyoğlu Yeni Çarşı”.