"UEFA Çempionlar Liqasının liqa mərhələsində oynamaq istəyirik"

"UEFA Çempionlar Liqasının liqa mərhələsində oynamaq istəyirik"

"Bilirəm ki, azarkeşlər “Qarabağ”ın avrokubok yoluna Çempionlar Liqasında davam etməsini arzulayırlar. Bizim də hədəfimiz bu olacaq".

Bu sözləri "Mediasport"a açıqlamasında "Qarabağ"ın futbolçusu Kadi Borges deyib.

Braziliyalı vinger avrokuboklar haqda Azərbaycan Kubokunun final matçından sonra düşünəcəklərini bildirib:

"Hazırda bizi Premyer Liqada son matç və "Sabah"la final oyunu gözləyir. Məqsədimiz mövsümü "qızıl dubla"la başa vurmaqdır. Bundan sonra avrokubok haqda fikirləşəcəyik.

Əlbəttə ki, bu il də hədəfimiz Avropa meydanlarında uğurla çıxış etməkdir. Çempionlar Liqasının liqa mərhələsində oynamaq istəyirik. Bilirik, reqlament dəyişib, çox çətindir. Lakin bizim tapşırığımız budur, əlimizdən gələni edəcəyik ki, məqsaədimizə çataq".

Xatırladaq ki, bu mövsüm 12-ci Azərbaycan çempionluğunu qazanan Ağdam klubunun UEFA Çempionlar Liqasına 1 və ya 2-ci təsnifatdan başlayacağı mayın sonunda dəqiqləşəcək.

Mayın 31-də "Sabah"la kubokun finalında üz-üzə gələcək Qurban Qurbanovun komandası Premyer Liqanın son turunda "Şamaxı"nın qonağı olacaq.