"Zirə" və "Araz-Naxçıvan"ın potensial rəqiblərinin sayı azaldı

"Zirə" və "Araz-Naxçıvan"ın potensial rəqiblərinin sayı azaldı

Azərbaycanın UEFA Avropa KOnfrans Liqasında təmsilçiləri "Zirə" və "Araz-Naxçıvan"ın II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

"Mediasport" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdən əvvəl UEFA iştirakçıları qruplara bölüb.

Həm "Zirə", həm də Naxçıvan təmsilçisi səpələnməmişlər sırasında yer alıb.

Üçüncü qrupda qərarlaşan Bakı klubunun potensial rəqibləri "Hayduk" (Xorvatiya), "Maribor" (Sloveniya), AEK (Yunanıstan), "DAK 1904" (Slovakiya) komandalarından biri və ya AEK (Larnaka, Yunanıstan) - "Partizan" (Serbiya) cütünün qalibi olacaq.

Doqquzuncu qrupda yer alan "Araz-Naxçıvan" isə "Başakşəhər" (Türkiyə), "Omoniya" (Kipr), "Aris" (Yunanıstan) və "Beytar" (İsrail) komandalarından biri ilə qarşılaşacaq.

UEFA Avropa Liqasının I təsnifat mərhələsində baş tutacaq "Sabah" - "Sele" (Sloveniya) matçında məğlub olacaq tərəfin potensial rəqibləri arasında "Rapid" (Avstriya), "Yagelloniya" (Polşa), "Universitatya" (Rumıniya) komandaları, həmçinin "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) və "Atletik Eskalades" (Andorra) - "Düdelanj" (Lüksemburq) cütləri yer alıb.

II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də baş tutacaq.