RƏSMİ - Azərbaycan çempionu 3 futbolçusu ilə müqaviləni uzatmadı

RƏSMİ - Azərbaycan çempionu 3 futbolçusu ilə müqaviləni uzatmadı

Premyer Liqaya vəsiqə qazanna "Şəfa" 3 futbolçu ilə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, 1-ci Liqanın çempionu qapıçı Əli Həsənli, müdafiəçi Zahid Mərdanov və yarımmüdafiəçi Emin Zamanovla vidalaşıb.

Hər 3 futbolçu ilə başa çatan müqavilə yenilənməyib.

Xatırladaq ki, paytaxt təmsilçisinə Zaur Həşimov baş məşqçi təyin edildikdən sonra heyətə Rauf Hüseynli və Nicat Mehablıyev cəlb olunublar.