"Qarabağ"ın Çempionlar Liqası oyununun biletləri satışa çıxarılır

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində təmsilçimiz "Qarabağ" Bakıda "Ferensvaroş"u qəbul edəcək.
"Mediasport" xəbər verir ki, həmin qarşılaşmanın biletləri saat 14:30-dan etibarən satışa çıxarılacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq, 5, 20, 30, 40, 50, 100 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti 300 manatdır.
Fanatlar biletiləri "iTicket.az"ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.