Avropa Liqası: "Qarabağ"ın bütün potensial rəqibləri müəyyənləşdi

Avropa Liqası: "Qarabağ"ın bütün potensial rəqibləri müəyyənləşdi

"Qarabağ"ın Avroliqada bütün potensial rəqibləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, təmsilçimiz 6 komandadan biri ilə qarşılaşacaq.

Qurban Qurbanovun komandası reytinq xalı çox olduğundan püşkatmada səpələnmişlər arasında yer alacaq.

"Atlılar"ın dəqiqləşən mümkün rəqibləri "Jilina" (Slovakiya), "Voyvodina" (Serbiya), "Universtatya" (Kluj, Rumıniya), "Aluminiy" (Sloveniya), "Derri Siti" (İrlandiya) və "Vestri"dir (İslandiya).

Ağdam klubu yarışa 1-ci təsnifat mərhələsində başlayacaq.

Xatırladaq ki, mərhələnin püşkü iyunun 16-da atılacaq.