Avropanın ən yaxşısı müəyyənləşdi
Başa çatan futbol mövsümündə Avropada ən yaxşı baş məşqçilərin adları açıqlanıb.
"Mediasport" "Goal" nəşrinə istinadən xəbər verir ki, PSJ ilə ardıcıl 2 dəfə Çempionlar Liqasını qazanan Luis Enrike zirvəni ələ keçirib.
Qitənin birinci dərəcəli klub turnirinin finalçısı "Arsenal"ın çalışdırıcısı Mikel Arteta ikinci olub.
"Bayern"in baş məşqçisi Vensan Kompani üçüncü pillədə qərarlaşıb.
2025/2026 mövsümündə Avropanın ən yaxşı baş məşqçiləri
1. Luis Enrike - PSJ
2. Mikel Arteta - "Arsenal"
3. Vensan Kompani - "Bayern"
4. Unai Emeri - "Aston Villa"
5. Sesk Fabreqas - "Komo"
6. Hans-Diter Flik - "Barselona"
7. Kristian Kivu - "İnter"
8. Andoni İraola - "Bornmut"
9. Françesko Farioli - "Portu"
10. Pyer Saj - "Lans"


