Azərbaycanda ilk dəfə daun idmançılar üçün yarış keçirildi

Azərbaycanda ilk dəfə daun idmançılar üçün yarış keçirildi

Azərbaycanda ilk dəfə daun sindromlu idmançılar arasında "Parlayan günəşlər" yarışı keçirilib.

"Mediasport" xəbər verir ki, turniri Daun idmançılara Dəstək İctimai Birliyi təşkiil edib.

Azərbaycanla yanaşı, Özbəkistan, Qırğızıstan və Türkiyədən olan daun sindromlu idmançıların qatıldığı yarışlar Bakı Atletika Mərkəzində baş tutub.

Bu oyunların keçirilməsində məqsəd cəmiyyətin daun sindromlu şəxslərə diqqətini çəkmək və idmançıları gələcək beynəlxalq yarışlara hazırlamaqdır.

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, yerli və xarici media və ictimaiyyət nümayəndələri iştirak ediblər.