"Real"ın baş məşqçisi olacaq Şabi Alonso "Bayer"dən ayrıldı - RƏSMİ

Almaniyanın "Bayer" klubu baş məşqçisi Şabi Alonso ilə vidalaşıb.
"Mediasport" xəbər verir ki, Leverkuzen təmsilçisinin rəsmi saytı yaydan Madrid "Real"ını çalışdıracağı deyilən ispaniyalının mövsüm başa çatan kimi komandadan ayrılacağını açıqlayıb.
Məlumata görə, Alonso "kral klubu" ilə 3 illik müqaviləni razılaşdırıb.
"Bayer"ə tarixində ilk dəfə Almaniya çempionluğunu qazandıran "los blankos"un sabiq futbolçusu "aspirinlər"lə ötən il ölkə kubokunu da qalibi olub.