Əliyar Ağayev Mahirin oynadığı klubun avrokubok matçında
FİFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarına təyinat alıblar.
"Mediasport" xəbər verir ki, Ağayev avqustun 27-də Polşada “Rakuv” - “Hayduk” (Xorvatiya) matçını idarə edəcək.
Onun yan xətdə köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaqlar.
Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. VAR-da ingiltərəli Piter Benksin yardımçısı kimi İnqilab Məmmədov işləyəcək.
Xatırladaq ki, "Rakuv"da Azərbaycan millisinin hücumçusu Mahir Emreli çıxış edir.


