UEFA Superkubokunu geridönüşlə qazanan PSJ-dən ilk - VİDEO

UEFA Superkubokunu geridönüşlə qazanan PSJ-dən ilk - VİDEO

UEFA Superkubokunun qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Fransanın PSJ klubu İngiltərə təmsilçisi "Tottenhem" üzərində geridönüşlə qələbə qazanıb (2:2, penaltilər - 4:3).

Paris təmsilçisinin bu uğuru Fransa futbolunda bir ilkin yaşanmasına səbəb olub.

Fransa klubları tarixdə ilk dəfə Avropa Superkubokuna yiyələniblər.

Xatırladaq ki, Superkubok uğrunda görüş hər mövsüm UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının qalibləri arasında keçirilir.

2024/2025-ci illər mövsümündə PSJ ÇL-i, "Tottenhem" AL-i qazanıb.

Maraq üçün qeyd edək ki, Superkubok qarşılaşmasının 4-cü hakimi azərbaycanlı FİFA referisi Elçin Məsiyev olub.