Avropa çempionatı: Olimpiya çempionumuz yarımfinala çıxdı

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, dördüncü yarış günündə Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulub.
Olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri (+100 kq) və Nigar Süleymanova (+78 kq) tatamiyə çıxıblar.
İlk iki rəqibini məğlub edən Kotsoyevlə üç rəqibindən güclü olan Kokauri yarımfinala yüksəliblər, startda uduzan Süleymanova isə mübarizəni erkən başa vurub.
Qeyd edək ki, turnirdə daha əvvəl Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Azərbaycan qitə birinciliyinə 12 çəki dərəcəsində 15 cüdoçu (9 kişi, 6 qadın) ilə yollanıb.
Avropa çempionatına aprelin 27-də yekun vurulacaq.