Ağdaş və Kürdəmir rayonlarında yeni cüdo zalları istifadəyə verildi

Ağdaş və Kürdəmir rayonlarında yeni cüdo zalları istifadəyə verildi

Ağdaş Olimpiya İdman Kompleksi və Kürdəmir Olimpiya İdman Kompleksinin nəzdində cüdo zalları fəaliyyətə başlayıb.

"Mediasport" xəbər verir ki, zallar Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir standartlara cavab verən tatamilər və digər zəruri avadanlıqlarla təchiz edilib.

Açılış mərasimlərində federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, kişilərdən ibarət yığma komandanın böyük məşqçisi Elxan Məmmədov iştirak ediblər.

Tədbirlərə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Kürdəmir Rayon İcra Hakimiyyətinin nümayəndələri, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və digər rəsmilər də qatılıblar.