"Qarabağ"ın yola saldığı futbolçu Məmmədovla eyni komandada

"Qarabağ"ın yola saldığı futbolçu Məmmədovla eyni komandada

"Qarabağ"ın mövsüm başa çatan kimi yola saldığı Sami Mmae özünə yeni komanda tapıb.

"Mediasport" xəbər verir ki, Xorvatiyanın "Dinamo" klubuna məxsus müdafiəçi karyerasını Kiprdə davam etdirəcək.

Mərakeşli futbolçu "Pafos"a transfer olunub.

Xatırladaq ki, bu komandada "Neftçi"nin yetirməsi Murad Məmmədov da yer alır.

Mmae Azərbaycanda icarədə olduğu ötən mövsüm "atlılar"ın heyətində ümumilikdə 11 oyun keçirib, 1 qolla yadda qalıb.