"Qarabağ"la oyunöncəsi baş məşqçini istefaya göndərdilər
Yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq “Ayntraxt" (Almaniya) baş məşqçi Dino Topmöllerlə bağlı yekun qərarını açıqlayıb.
"Mediasport" xəbər verir ki, Frankfurt təmsilçisi 46 yaşlı mütəxəssisi istefaya göndərib.
Son aylarda komandanın qeyri-sabit çıxışları klub rəhbərliyini bu qərarı atmağa vadar edib.
Topmöller baş məşqçi vəzifəsini 2023-cü ilin iyulundan icra edirdi.
ÇL-in 7-ci turunun "Qarabağ" - "Ayntraxt" oyunu saat 21:45-də start götürəcək.

