Elvin Astanovdan gümüş medal

  Elvin Astanovdan gümüş medal

Azərbaycan paraatleti Elvin Astanov Tunis Beynəlxalq Qran-pri turnirində gümüş medal qazanıb.

"Mediasport" xəbər verir ki, nüvə itələmə yarışında F53 kateqoriyasında mübarizə aparan paralimpiyaçımız 6.81 metr nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Buna qədər Ömər Bozbaxov (F57), Oloxan Musayev (F55) və Rüfət Rəfiyev (F36) öz kateqoriyalarında gümüş medal qazanıblar.

Samir Nəbiyev (F57) isə bürünc medala yiyələnib.