"Turan Tovuz"un sabiq futbolçusu Liviyada başqa komandaya keçdi
"Turan Tovuz"un sabiq futbolçusu Otto Con Liviyada klubunu dəyişib.
"Mediasport" xəbər verir ki, nigeriyalı hücumçu Liviyanın “Əl Mədinə” klubundan ayrılıb.
27 yaşlı forvard bu ölkənin iddialı kollektivlərindən “Aşvehli”yə keçib.
Xatırladaq ki, Otto Con Tovuz təmsilçisinin heyətində 2023-2025-ci illərdə çıxış edib.
