Üçqat paralimpiya çempionumuz gənc idmançılarla görüşdü
Azərbaycanın üçqat paralimpiya çempionu Raman Saley yeniyetmə və gənc paraüzgüçülərlə görüşüb.
"Mediasport" xəbər verir ki, görüş Bakı Su İdmanı Sarayında baş tutub.
Gənc idmançılarla birlikdə məşq edən paraüzgüçü təcrübəsini bölüşüb, onların suallarını cavablandırıb.
