Avropa çempionatında 2-ci gün: İki cüdoçumuz mübarizəyə başlayır

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın daha iki təmsilçisi mübarizəyə qoşulacaq.
73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev və qadınların yarışında 57 kq-da Fidan Əlizadə tatamiyə çıxacaqlar.
Xatırladaq ki, millimizin heyətində ilk gündə Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb.
Azərbaycan qitə birinciliyinə 12 çəki dərəcəsində 15 cüdoçu (9 kişi, 6 qadın) ilə yollanıb.