La Liqaya vəsiqə qazanan daha bir komandanın adı müəyyənləşdi
Daha bir komanda futbol üzrə İspaniya La Liqasına vəsiqə qazanıb.
"Mediasport" xəbər verir ki, elitaya yüksələn ikinci kollektiv "Deportivo" olub.
La Korunya təmsilçisi Primeraya lisenziyanı sona bir tur qalmış rəsmiləşdirib.
Xatırladaq ki, bir neçə tur əvvəl liqanın çempionu "Rasinq Santander"in La Liqaya çıxışı dəqiqləşib.
Sonuncu vəsiqənin sahibi isə "Almeriya", "Malaqa", "Las Palmas" və "Kastelyon" komandaları arasında pley-off matçlarından sonra müəyyənləşəcək.


