Asim Xudiyev DÇ-nin Norveç - Estoniya oyununda işləyəcək

 Asim Xudiyev DÇ-nin Norveç - Estoniya oyununda işləyəcək

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də keçiriləcək Norveç - Estoniya görüşünün hakim-inspektoru olacaq. 

Qarşılaşma Oslo şəhərində yerləşən “Ullevaal” stadionunda baş tutacaq.