Azərbaycan millisi Avropa Kubokunda birinci yeri tutdu

 Azərbaycan millisi Avropa Kubokunda birinci yeri tutdu

Azərbaycanın gənc cüdoçuları Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Kubokunu uğurla başa vurublar.

"Mediasport" xəbər verir ki, son yarış günnüdə komandamızın 8 üzvü medal qazanıb.

Mehdi Abbasov (81 kiloqram) və Ramazan Əhmədov (+100 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə ediblər.

Cəsur İbadlı (81 kiloqram), Canpolad Əliyev (100 kiloqram) və Nərgiz Əhmədova (48 kiloqram) gümüş mükafata sahib çıxıblar.

Süleyman Şükürov (90 kiloqram), Davud Namazlı (100 kiloqram) və Xədicə Qədəşova (57 kiloqram) isə bürünc medalçı olublar.

Xatırladaq ki, ilk yarış günündə Əbil Yusubov (73 kiloqram) da ikinci yeri tutumuşdu.

Beləliklə, millimiz Avropa Kubokunu 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 9 medalla yekunlaşdırıb.

Komandamız yekun sıralamada 33 ölkə arasında üçüncü, oğlanların mübarizəsində isə birinciliyi rəsmiləşdirib.