Babək Quliyev UEFA Avropa Liqası oyununda iş başında olacaq

 Babək Quliyev UEFA Avropa Liqası oyununda iş başında olacaq

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb.

"Mediasport" xəbər verir ki o, UEFA Avropa Liqasının I təsnifat mərhələsində iş başında olacaq.

Sabiq FİFA referisi iyulun 17-də keçiriləcək “Aktobe” (Qazaxıstan) - “Legiya” (Polşa) görüşünün hakim-inspektoru funksiyasını yerinə yetirəcək.

Matç Aktobe şəhərində yerləşən Mərkəzi Stadionda baş tutacaq.