BOS-un ehtiyat meydançaları klubların istifadəsinə verildi

BOS-un ehtiyat meydançaları klubların istifadəsinə verildi

Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançaları klubların istifadəsinə verilib.

"Mediasport" xəbər verir ki, renovasiya işlərinə may ayında başlanılıb.

Meydançalar mərhələli olaraq köhnə təbəqənin çıxarılması, yeni və yuyulmuş qum təbəqəsinin hazırlanması, sulama sisteminin yenilənməsi, toxumlama, gübrələmə və digər proseslərdən keçərək qısa müddət ərzində hazır edilmişdir.