"Çelsi" Bakı səfəri öncəsi London derbisində qalib gəldi - VİDEO
Noyabrın 5-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Çelsi" Bakı səfəri öncəsi İngiltərə Premyer Liqasında növbəti matçını keçirib.
"Mediasport" xəbər verir ki, Enso Mareskanın baş məşqçisi olduğu "zadəganlar" London derbisində "Tottenhem"lə qarşılaşıblar.
Görüşün taleyini həlle dən yeganə qolu 34-cü dəqiqədə Joau Pedro vurub.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu saat 21:45-də start götürəcək.
