Gələn mövsüm bu rayonda Premyer Liqa oyunları olmayacaq

Gələn mövsüm bu rayonda Premyer Liqa oyunları olmayacaq

Quba yeni mövsümdən Premyer Liqa oyunlarına ev sahibliyi etməyəcək.

"Mediasport" xəbər verir ki, qərarı Peşəkar Futbol Liqası (PFL) çıxarıb.

Qurumdan "Sportinfo"ya bildirilib ki, artıq bu məsələ bağlanıb - "İmişli" 2026/27-ci illər mövsümündə rəqiblərini başqa məkanda qonaqlamalı olacaq.

Çempionatı təşkil edən qurum bununla bağlı debütantı məlumatlandırıb. Səbəb ətrafında geniş müzakirə açmağa dəyməz.

Problem Gənclər və İdman Nazirliyinin balansındakı Quba Olimpiya Kompleksinin stadionunda olan çatışmazlıqların çoxluğuyla əlaqədardır.

Əsasən də meydança sarıdan.

Qurban Qurbanov başda olmaqla, bütün məşqçilər qazonunun bərbad durumundan şikayət edib, kəskin reaksiya veriblər.