İlham Zəkiyev Qazaxıstanda Qran-pri yarışında mübarizə aparacaq
Azərbaycanın paracüdo üzrə ikiqat Olimpiya çempionu İlham Zəkiyev Qazaxıstanın paytaxtı Astanada baş tutacaq Qran-pri turnirində iştirak edəcək.
"Mediasport" xəbər verir ki, dünya və Avropa çempionumuz J1 kateqoriyası üzrə +95 kq çəki dərəcəsində yarışacaq.
Təcrübəli idmançı baş məşqçi İbrahim İbrahimovun rəhbərliyi ilə mübarizə aparacaq.
