"Barselona" və "Real" 100 milyon avrodan çox qazanc əldə edəcək
İspaniya La Liqasında 2025/2026 mövsümünün sonunda gəlir əldə edəcək klubların siyahısı açıqlanıb.
Çempion "Barselona" 54,91 milyon, gümüş medalçı "Real" (Madrid) isə 48,45 milyon avro qazanc əldə edəcək.
3-4-cü pillə uğrunda "Atletiko" və "Vilyarreal" arasında mübarizə davam edir. Hər iki klub 69 xala sahibdir.
Bu pillələrin sahibləri müvafiq olaraq, 41,99 milyon və 35,53 milyon avro məbləğində pul mükafatına yiyələnəcəklər.
5-ci yerin sahibi "Betis" isə 29,07 milyon avronun sahibi olacaq.
Mediasport.com.az


