Milli komandalarımız Avropa çemppnatına Yaponiyada hazırlaşır

Azərbaycan cüdoçuları Yaponiyada təlim-məşq toplanışında iştirak edirlər.
Bu barədə "Mediasport"a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Hazırlıq prosesinə böyüklər və gənclərdən ibarət yığmanın 30 üzvü cəlb olunub. Əsas milli toplanışa Tokai Universitetində, gənclər isə Kokuşikan Universitetində start verib.
Daha sonra idmançılar hazırlığı Kodokan Təlim Mərkəzində davam etdirəcək. Toplanışın növbəti hissəsində Yaponiya millisinin üzvləri də iştirak edəcəklər.
Təlim-məşq toplanışı apreldə Monteneqroda baş tutacaq Avropa çempionatına və mayda keçiriləcək beynəlxalq turnirlərə uzunmüddətli hazırlığın bir hissəsidir.
Hazırlıq prosesində böyüklərdən ibarət yığmaya baş məşqçisi Riçard Trautman və böyük məşqçilər Elçin İsmayılovla Slavko Tekiç, gənclərdən ibarət milliyə baş məşqçi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli və Kotaro Sasaki rəhbərlik edirlər.
Toplanış martın 21-nə qədər davam edəcək.