"Qarabağ"ın ÇSKA ilə matçının biletləri sabah satışa çıxarılacaq

 "Qarabağ"ın ÇSKA ilə matçının biletləri sabah satışa çıxarılacaq

İyulun 23-də UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Bolqarıstanın ÇSKA klubunu qəbul edəcək “Qarabağ” oyunun biletlərini satışa çıxarır.

"Mediasport" xəbər verir ki, azarkeşlər biletləri sabah saat 15:00-dan etibarən onlayn qaydada əldə edə bilərlər.

Standart biletlərin qiyməti 5, 10, 15 və 20 AZN olacaq.

VIP sektorlar 50, 75 və 100 AZN, VVIP biletlərin qiyməti isə 150 AZN təşkil edəcək.

VVIP sektora bilet əldə etmiş azarkeşlər üçün həmin zonada çay süfrəsi təqdim olunacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkündür.