"Qarabağ"ın qapıçısına daha bir Avropa klubundan təklif gəldi

"Qarabağ"ın qapıçısına daha bir Avropa klubundan təklif gəldi

Daha bir Avropa klubu "Qarabağ"ın qapıçısı Mateuş Koxalskini transfer etmək istəyir.

"Mediasport" xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

24 yaşlı qolkiperi ölkəsindən "Vidzev" komandası sıralarına qatmaq arzusundadır.

Polşalıların iddiasına görə, Lodz təmsilçisi Koxalskini ötən yaydan yaxından izləyir.

Qeyd edək ki, polyak qapıçı Ağdam klubunun heyətində 2024-cü ilin yayından çıxış edir.

Onunla daha əvvəl "Borussiya" (Dortmund), "Napoli" və "Benfika"nın maraqlandığına dair xəbərlər yayılıb.

Koxalskinin "atlılar"la anlaşması 2027-ci ilin yayına qədərdir.