“Qızıl top” mükafatı 69-cu dəfə təqdim olunacaq - NAMİZƏDLƏR

Bu axşam UEFA və “France Football” jurnalının birgə layihəsi olan “Qızıl top” mükafatı 69-cu dəfə təqdim olunacaq.
"Mediasport" xəbər verir ki, Parisdəki Şatle teatrında keçiriləcək mərasimdə mükafat dünyanın ən yaxşı kişi və qadın futbolçularına veriləcək.
Tədbir Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
"Qızıl top"a namizədlər
Cud Bellingem (İngiltərə, "Real")
Usman Dembele (Fransa, PSJ)
Canluici Donnarumma (İtaliya, PSJ/"Mançester Siti")
Dezire Due (Fransa, PSJ)
Denzel Dümfris (Niderland, "İnter")
Seru Girassi (Qvineya, "Borussiya" Dortmund)
Viktor Yokeres (İsveç, "Sportinq"/"Arsenal")
Erlinq Haaland (Norveç, "Mançester Siti")
Əşrəf Hakimi (Mərakeş, PSJ)
Harri Keyn (İngiltərə, "Bavariya")
Xviça Kvaratsxeliya (Gürcüstan, "Napoli"/PSJ)
Robert Levandovski (Polşa, "Barselona")
Aleksis Makallister (Argentina, "Liverpul")
Lautaro Martines (Argentina, "İnter")
Kilian Mbappe (Fransa, "Real")
Skott Maktominey (Şotlandiya, "Napoli")
Nunu Mendeş (Portuqaliya, PSJ)
Joau Neveş (Portuqaliya, PSJ)
Maykl Olise (Fransa, "Bayern")
Koul Palmer (İngiltərə, "Çelsi")
Pedri (İspaniya, "Barselona")
Rafinya (Braziliya, "Barselona")
Deklan Rays (İngiltərə, "Arsenal")
Fabian Ruis (İspaniya, PSJ)
Məhəmməd Salah (Misir, "Liverpul")
Vircil van Deyk (Niderland, "Liverpul")
Vinisius Junior (Braziliya, "Real")
Vitinya (Portuqaliya, PSJ)
Florian Virts (Almaniya, "Bayer"/"Liverpul")
Lamin Yamal (İspaniya, "Barselona")