Millimizin dünya çempionatında ilk mükafatı bürünc medal oldu

Millimizin dünya çempionatında ilk mükafatı bürünc medal oldu

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, bu gün Azərbaycanın bir üzvü mübarizəyə qoşulub.

81 kq çəki dərəcəsində yarışan Zelim Tçkayev komandamıza ilk medalı qazandırıb.

İdmançı 3-cü yer uğrunda görüşdə BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilidən güclü olub.

Qeyd edək ki, Azərbaycan mundiala 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə yollanıb.

Daha əvvəl yarışan 8 idmançımız - Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, 52 kq, Fidan Əlizadə, 57 kq, Əhməd Yusifov, 60 kq, Ruslan Paşayev, 66 kq, Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) ümidləri doğrultmayıb.