"Trabzonspor"da yeni baş məşqçi

 "Trabzonspor"da yeni baş məşqçi

Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Super Liqa təmsilçisini Fatih Təkkə çalışdıracaq.

Son klubu "Alanyaspor" olmuş 47 yaşlı mütəxəssis istefaya göndərilən Şenol Günəşi əvəz edəcək.

1998-2000-ci illərdə Qaradəniz klubunun futbolçusu olmuş Təkk ilə müqavilənin detalları sonra açıqlanacaq.

"Trabzonspor" 25 turdan sonra 32 xalla 11-ci pillədə qərarlaşıb və 4-cü yerdə dayanan "Beşiktaş"dan 12 xal geri qalır.