ABŞ klubu Nəriman Axundzadə ilə müqavilənin detallarını açıqladı
ABŞ-nin Yüksək Liqa klubu "Kolumbus Kryu" "Qarabağ"ın futbolçusu Nəriman Axundzadəni transfer etdiyini açıqlayıb.
"Mediasport" xəbər verir ki, MLS təmsilçisi rəsmi saytı və sosial şəbəkə hesabları vasitəsilə 21 yaşlı hücumçu ilə müqavilə bağladıqlarını paylaşıb.
Bildirilib ki, forvardla 2029-cu ilin 30 iyununa qədər müqavilə bağlanıb.
Məlumata görə, amerikalılar keçid üçün Azərbaycan çempionuna 3,5 milyon manat təzminat ödəyəcəklər.
Millimizin forvardı bu mövsüm "Qarabağ"da 26 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
O, 2022-ci ildən "atlılar"ın heyətində çıxış edir.
