"Araz-Naxçıvan" Polşadan braziliyalı müdafiəçi gətirdi

"Araz-Naxçıvan" Polşadan braziliyalı müdafiəçi gətirdi

Futzal üzrə Yüksək Liqanın lideri “Araz-Naxçıvan” transfer çalışmalarına başlayıb. 

"Mediasport" xəbər verir ki, "qırmızı-ağlar" Jan Karlos Perreyra Kostanı transfer ediblər.

Son olaraq Polşanın “Darkomp Vilanov” klubunda forma geyinmiş 33 yaşlı braziliyalı ilə “5 ay+1 il” müddətli müqavilə bağlanılıb.

Xatırladaq ki, son Azərbaycan çempionu qış fasiləsində braziliyalı Karlos Bertuola ilə vidalaşıb.