Avropa çempionatında yarışacaq cüdoçularımızın adları açıqlandı
İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında yarışacaq təmsilçilərimiz müəyyənləşib.
"Mediasport" xəbər verir ki, 29 iyun–2 iyul tarixlərində baş tutacaq qitə birinciliyində 12 çəki dərəcəsində 17 idmançımız (10 oğlan, 7 qız) fərdi yarışlarda mübarizə aparacaq.
Yarışın son günündə komanda yarışı baş tutacaq.
Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Oğlanlar
-50 kq
Nihad Ağayev
Fərid Rzazadə
-55 kq
Rza Xəlilli
İbrahim Talıbov
-60 kq
Mehman Əsgərov
-66 kq
İlkin Qarayev
-73 kq
Sadiq Məmmədov
-81 kq
Yaqub Məmmədov
Ayxan Həsənli
-90 kq
Ömər Axundov
Qızlar
-40 kq
Zəhra Quliyeva
Sunay Salamova
-44 kq
Pərvin Sevxanlı
Fatimə Abdullayeva
-48 kq
Könül Eyvazlı
-70 kq
Məsumə Məmmədli
+70 kq
Zemfira Əliyeva


