12 cüdoçumuz mübarizəyə qoşuldu, ikisi medal qazandı

12 cüdoçumuz mübarizəyə qoşuldu, ikisi medal qazandı

Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb.

Mediasport.com.az xəbər verir ki, ilk yarış günündə 5 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

Azərbaycanın bu çəki dərəcələrinin 4-də 12 cüdoçusu gücünü sınayıb.

Komandamız günü iki bürünc medalla başa vurub. 60 kq çəkidə yarışan Əhməd Yusifov və 66 kq çəkidə Elşən Əsədov 3-cü yeri tutublar.

60 kiloqramda digər təmsilçimiz Balabəy Ağayev, həmçinin Murad Muradlı, 66 kq-da Ruslan Paşayev, Yaşar Nəcəfov və Rəşad Yelkiyev medalsız qalıblar.

Qadınların mübarizəsində 48 kq-da Leyla Əliyeva, Könül Əliyeva və Şəfəq Həmidova, eləcə də 57 kq-da Fidan Babazadə ilə Fidan Qasımova ümidləri doğrultmayıblar.

Qeyd edək ki, fevralın 16-dək davam edəcək və 36 ölkədən 258 cüdoçunun qatıldığı “Böyük Dəbilqə”də Azərbaycan 12 çəki dərəcəsində 32 idmançı (23 kişi və 9 qadın) ilə təmsil olunur.