“Qarabağ” futbolçusuna görə İspaniya klubundan təklif alıb

“Qarabağ” futbolçusu Aleksey Kaşşuka görə İspaniyanın 2-ci La Liqa klubundan dəvət alıb.
"Mediasport" xəbər verir ki, bu barədə "xsport.ua"ya açıqlamasında ukraynalı jurnalist Mixail Spivakovski bildirib.
Onun sözlərinə görə, "Valyadolid" ukraynalı vingeri icarəyə götürmək istəyib:
“Bildiyimə görə qışda icarə şərtləri ilə yaxşı təklif edilib. Amma “Qarabağ” futbolçunu qışda buraxıb, yayda geri qaytarmağa ciddi yanaşmayıb".
Qeyd edək ki, Ağdam klubu 25 yaşlı futbolçu ilə 2024-cü ilin sentyabrında 3 illik müqavilə bağlayıb.