"Qarabağ"dan SOSİAL TƏŞƏBBÜS
"Qarabağ” Futbol Klubu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə birgə sosial təşəbbüs həyata keçirib.
"Mediasport" xəbər verir ki, oyun çərçivəsində Ağdam klubunun futbolçularını meydanda Mərkəzin həssas qruplardan olan 25 azyaşlı müşayiət edib.
Bu il 5 illiyini qeyd edən Mərkəz birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb və əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, eləcə də digər həssas qruplar üçün xidmətlər göstərir.
“Meydanda mübarizə, həyatda bərabərlik” devizi ilə keçirilən sosial aksiya futbolun yalnız oyun deyil, həm də mühüm sosial məsuliyyət platforması olduğunu bir daha nümayiş etdirib.
Təşəbbüs idmanın birləşdirici gücü vasitəsilə cəmiyyətdə bərabərlik və inklüzivlik dəyərlərini, futbolun hər kəs üçün olduğunu ön plana çıxarıb.
