Şehiç azərbaycanlı futbolçu ilə Türkiyədə komanda yoldaşı oldu

Şehiç azərbaycanlı futbolçu ilə Türkiyədə komanda yoldaşı oldu

Futbol üzrə Türkiyənin 1-ci Liqa klubu "Çorum"da oynayacaq sabiq "Qarabağ"lıların sayı çoxalıb.

"Mediasport" xəbər verir ki, komanda 2013-2018-ci illərdə Ağdam təmsilçisinin heyətində 120 oyun keçirmiş İbrahim Şehiçi sıralarına qatıb.

37 yaşlı bosniyalı qolkiperlə 1 illik müqavilə bağlanılıb.

Xatırladaq ki, "Qarabağ"ın daha bir sabiq futbolçusu - Azərbaycan yığmasının üzvü Coşqun Diniyev də "Çorum"da forma geyinir.

Diniyev 2015-2019-cu illərdə "köhlən atlar"da oynayıb.