Serxio Ramos yetirməsi olduğu İspaniya klubunun səhmlərini aldı
Madrid “Real”ının əfsanəvi futbolçularından Serxio Ramos “Sevilya” klubunun səhmlərini alıb.
"Mediasport" xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
Onun klubda nə qədər pay sahibi olacağı açıqlanmasa da, 450 milyon dollar ödədiyi vurğulanır.
Tərəflər arasında anlaşmanın detalları barədə yaxın günlərdə məlumat veriləcəyi qeyd edilib.
Xatırladaq ki, İspaniya milli komandasının keçmiş kapitanı “Sevilya”nın yetirməsidir.
Karyerasını Meksikanın "Monterrey" klubunda davam etdirən dünya və Avropa çempionu 2004/2005 və 2023/2024-cü illər mövsümündə "Sevilya"nın heyətində 67 oyun keçirib, 5 qol vurub.
