UEFA Rusiya millisi və klubları ilə bağlı yekun qərarını açıqladı

UEFA Rusiya millisi və klubları ilə bağlı yekun qərarını açıqladı

Rusiya klubları və milli komandaları 2027-ci ilin yayına qədər UEFA-nın çətiri altında keçiriləcək yarışlarda iştirak edə bilməyəcək.

"Mediasport" xəbər verir ki, bu barədə qərar yeni sezon üçün iştirakçıların siyahısına dəyişiklik toplantısında çıxarılıb.

Qurum Rusiya təmsilçilərinin futbol üzrə beynəlxalq turnirlərdən kənarlaşdırılması ilə bağlı əvvəlki qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, Rusiya klubları və milli futbol komandaları 2022-ci ilin fevralından FİFA ilə UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakdan kənarlaşdırılıb.