"Böyük Dəbilqə"də yarışacaq Azərbaycan cüdoçuları məlum oldu

"Böyük Dəbilqə"də yarışacaq Azərbaycan cüdoçuları məlum oldu

Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirində iştirak edəcək Azərbaycan idmançıları məlum olub.

"Mediasport" xəbər verir ki, martın 21-23-ü aralığında təşkil ediləcək yarışda 8 çəki dərəsində 12 cüdoçumuz (8 kişi, 4 qadın) mübarizə aparacaq.

Komandamız Hüseyn Allahyarov, Murad Muradlı (hər ikisi 60 kq), Rəşad Yelkiyev, Nazir Talıbov (hər ikisi 66 kq), Rüfət Şövlətov, Qədir Hüseynov (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), Elmar Qasımov (100 kq), Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva və Günel Həsənli (hər ikisi 70 kq) ilə təmsil olunacaq.

Cüdoçulara turnirdə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik, qadınlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev turnirdə ədaləti qoruyacaq.

Turnirdə 53 ölkədən 417 idmançı (237 kişi, 180 qadın) iştirak edəcək.